Təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərin NƏZƏRİNƏ!
Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
Bu barədə "Azərbaycan müəllimi"nə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, 2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.
Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.
Teqlər:
-
Leyla MirzəyevaÇox xaiş edirəm mənədə köməklik göstərəsiniz ,ixtisasım riyaziyyat /informatikadır Ali təhsilliyəm ,5 il riyaziyyat dərsi demişəm ,18 ildə informatika tədris edirdim ,ümumu 23 il stajım var,29 bal ilə uğursuz nəticə əldə etdim ,imtanıma yaxın vaxt ərzində işə gedən zaman yol da məni maşin vurdu ,stresli narahat vaxtlarım idi ,hazırda 2 tələbəm var ,ehtiyac olduğu üçün mənə köməklik göstərin ćoxxx xaiş edirəm sizdən21 gün əvvəlCavablaLike (0) -
Leyla23 stajım var,zəhmət olmazsa mənə köməklik göstərəsiniz ,informatika ixtisasi,1 bal çatmadi ,nəticəm uğurlu olsun21 gün əvvəlCavablaLike (0) -
Səidə AğayevaSalam,29 bal yığdım,xahiş edirəm mənim işimə baxılsın,işlə təmin edilməyimi xahiş edirəm sizdən21 gün əvvəlCavablaLike (0) -
Səidə AğayevaXahiş edirəm,mənim işimə baxılsın,29 bal yığdım,işlə təmin edilməyim xahiş edirəm sizdən21 gün əvvəlCavablaLike (0) -
Arzu UmudovaSalam, 26 balla mən də sertifikasiya imtahanından kəsilmişəm, biologiya fənnindən. Necə kömək edərsiniz21 gün əvvəlCavablaLike (1)




