Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib

1 May, 2026 - 09:35
Tələbələrin  könüllülük proqramında iştirakına dair infosessiya keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin (TİM) əməkdaşlıq proqramı çərçivəsində universitetdə infosessiya təşkil olunub.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, ADNSU-nun Energetika fakültəsinin təşəbbüsü ilə keçirilən infosessiya “Tələbələrin cəmiyyətin könüllülük proqramında iştirakının dəstəklənməsi” mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev açaraq, tələbələrin peşəkar inkişafında praktiki biliklərin və könüllülük fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür təşəbbüslər gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, onların sosial və peşəkar bacarıqlarının formalaşmasına mühüm töhfə verir.

Daha sonra Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktor müavini Tural İbrahimov və digər əməkdaşlar çıxış edərək könüllülük proqramının məqsədləri və üstünlükləri barədə ətraflı məlumat veriblər. Çıxışlarda bildirilib ki, proqram tələbələrin energetika sahəsi ilə erkən mərhələdə tanış olmasına, onların sosial məsuliyyət hissinin gücləndirilməsinə, komanda işi bacarıqlarının və praktik biliklərinin inkişafına xidmət edir.

Qeyd olunub ki, proqram çərçivəsində ali təhsil müəssisələrindən seçilmiş 50-yə yaxın gəncin könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, könüllülərin fərdi inkişafı, sosiallaşması və peşəkar bacarıqlarının artırılması məqsədilə xüsusi inkişaf proqramı həyata keçiriləcək.

İnfosessiya çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, proqramda iştirak imkanları və seçim meyarları barədə ətraflı izahat verilib.

Tədbirin sonunda bu cür əməkdaşlıqların gələcəkdə daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.