Tələbələrin şikayəti qəzetdə işıqlandırıldı – problem aradan qaldırıldı

10 Dekabr, 2025 - 12:43
Tələbələrin şikayəti qəzetdə işıqlandırıldı
Tələbələrin şikayəti qəzetdə işıqlandırıldı
Tələbələrin şikayəti qəzetdə işıqlandırıldı

Bir neçə gün əvvəl "Azərbaycan müəllimi" qəzetinə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələrin şikayəti daxil olmuşdu.

Tələbələr soyuq otaqlarda dərs keçmələri və bunun sağlamlıqlarına, eləcə də tədrisin keyfiyyətinə təsir göstərdiyini bildirirdilər. Artıq tələbələrin şikayəti həll edilib. 

Mərkəzdən "Azərbaycan müəllimi" nə bildirilib ki, sinif otaqlarının istiliklə təchizatı tam şəkildə bərpa edilib.