Talış kənd məktəbindən növbəti dəfə 100 faizlik nəticə 

25 Avqust, 2026 - 16:04
Talış kənd məktəbindən növbəti dəfə 100 faizlik nəticə 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan və işğaldan azad edilmiş ərazilərdə ilk dəfə tədris prosesinə başlayan Ağdərə rayonu Talış kənd tam orta məktəbi növbəti dəfə 100 faizlik nəticə göstərib.

"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbin builki 2 məzunun hər ikisi tələbə adını qazanıb.

Kəklik Məmişova  Azərbaycan Dövlət Aqrar Universitetinə, Nicat Mənsimli isə Memarlıq və İnşaat Universitetinə qəbul olub. 
Qeyd edək ki, ötən il də məktəbin 4 məzunun da hər biri müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanmışdı.

Talış kənd məktəbindən növbəti dəfə 100 faizlik nəticə