Qarabağ Universitetinin Qarabağın dirçəlişinə yeni ideyalarla töhfə verməsini istəyirik – Şahin Bayramov
"İstəyirik ki, universitetimiz istedadlı gənclərin və alimlərin seçdiyi, beynəlxalq tərəfdaşların əməkdaşlıq etmək istədiyi, yeni ideyaların yarandığı və həmin ideyaların real nəticələrə çevrildiyi bir akademik mərkəz olsun".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov "İki sahil" qəzetinə müsahibəsində söyləyib.
Rektor bildirib ki, ən əsası isə Qarabağ Universitetinin Qarabağın dirçəlişinə yalnız kadr hazırlamaqla deyil, eləcə də elm, innovasiya, sahibkarlıq və yeni ideyalar vasitəsilə töhfə verməsini istəyirlər:
"Bizim üçün Qarabağ Universitetinin gələcəyinin ən doğru ifadəsi bəlkə də budur: Xankəndidən dünyaya açılan, dünyadakı qabaqcıl bilik və təcrübəni Qarabağa gətirən, Qarabağda yaratdığı dəyəri isə dünyaya çıxaran universitet", – deyə o bildirib.




