Təmayül siniflərdə təhsil alan şagirdlərin sayı açıqlandı

24 Dekabr, 2025 - 10:16
Təmayül siniflərdə təhsil alan şagirdlərin sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 194 təhsil müəssisəsində təşkil edilən 819 təmayül sinifdə 17 110 şagird təhsil alır.

Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.