Turan Topalova: Xaricdə təhsil alanların yaşayış xərcləri diferensial qaydada müəyyənləşdirilir

28 Yanvar, 2026 - 16:35
Turan Topalova: Xaricdə təhsil alanların yaşayış xərcləri diferensial qaydada müəyyənləşdirilir

Dövlət Proqramında tələbələrin aylıq yaşayış xərcləri tələbənin təhsil aldığı ölkə və şəhərin yaşayış səviyyəsinə uyğun olaraq diferensial qaydada müəyyən edilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məlumat verib.

Bildirib ki, Dövlət Proqramı iştirakçılarının təhsillə bağlı bütün zəruri xərcləri dövlət tərəfindən tam maliyyələşdirilir: "Buraya təhsil haqqı, viza rüsumları, təhsil aldığı ölkədə qeydiyyat, beynəlxalq nəqliyyat (təyyarə bileti), tibbi sığorta, bank xərcləri və ən əsası, aylıq yaşayış xərcləri daxildir.

Bununla yanaşı, maliyyələşmə qaydalarının 5.2-ci bəndinə əsasən təsdiq edilmiş normativlər əsasında həyata keçirilir", – deyə o söyləyib.