Turizm və Menecment Universiteti ikili diplom proqramlarını genişləndirəcək

20 Avqust, 2026 - 16:22
Turizm və Menecment Universiteti ikili diplom proqramlarını genişləndirəcək

Azərbaycan Turizm və Menecment Universitetində xarici tərəfdaş ali təhsil müəssisələri ilə beynəlxalq ikili diplom proqramları genişləndiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Proqrama əsasən, 2027-2030-cu illərdə ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi və təhsilalanların sayının artırılması nəzərdə tutulur. 

Xarici tərəfdaş ali təhsil müəssisəsi ilə beynəlxalq 1 ikili diplom proqramının təşkili, dövr ərzində 40 tələbənin ikili diplom
proqramından məzun olması planlaşdırılır.