Türkiyədə bu universitetin fəaliyyəti dayandırıldı
Türkiyədə İstanbul Bilgi Universitetinin fəaliyyət icazəsi ləğv olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Universitetin təsisçi fonduna qəyyum təyin olunub və fəaliyyət icazəsi Ali Təhsil Qanununa əsasən dayandırılıb.
Tələbələr təhsilini Memar Sinan Universitetində davam etdirəcəklər.



