Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edildi

17 Aprel, 2026 - 16:24
Türkiyənin daha bir məktəbində insident:

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən orta məktəblərdən birində bir şəxs müəllimə bıçaqla hücum etməyə cəhd edib.

"Azərbaycan müəllimi" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfa Valiliyinin məlumatına görə, sosial şəbəkələrdə və bəzi media orqanlarında müəllimin hücuma məruz qalaraq yaralandığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunub ki, hadisə bu gün saat 12:40 radələrində Siverekdə yerləşən Dumlupınar məktəbində baş verib. Özünü şagird valideyni kimi təqdim edən və şübhəli hərəkətlər sərgiləyən şəxs məktəbdə xidmət aparan polis əməkdaşı tərəfindən zərərsizləşdirilib.

Rəsmi məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.