Türkiyənin Tibb Elmləri Universitetinin Tibb fakültəsinə qəbul başlayıb
Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında razılaşdırılmış Tədbirlər Planına müvafiq olaraq, 2025/2026-cı tədris ili üzrə Türkiyənin Tibb Elmləri Universitetinin Tibb fakültəsinə qəbul elan edilir.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər sənədlərini 5 avqustdan 7 avqustadək Dövlət Sərhəd Xidmətinə təqdim edə bilərlər.
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76
Əlaqə nömrəsi: 012 493 62 47



