Turxan Süleyman: Peşə ixtisaslarının 30-40 faizi üzrə qəbul aparılmır
“2 ildən çoxdur ki, peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi işləri aparılır. Yaxın 2 ay ərzində təsnifat üzərində iş yekunlaşacaq və hökumətə təhvil veriləcək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə peşə təhsili üzrə 800-dən çox ixtisas mövcud olsa da, onun 30-40 faizi üzrə tələbə qəbul aparılmır:
“Ali təhsil üzrə 2025-ci ildən yeni təsnifat tətbiq olunur. Pesə təhsilində də yenilənməyə ehtiyac var. Layihə hazırda müzakirə mərhələsindədir. Məqsəd ixtisasların azaldılması deyil, yeni ixtisasların yaradılması, optimallaşdırılmasıdır”.




