UFAZ-da akademik nəticələr və gələcək hədəflər müzakirə olunub

24 İyun, 2026 - 14:49
UFAZ-da akademik nəticələr və gələcək hədəflər müzakirə olunub

Azərbaycan-Fransız Universitetində (UFAZ) Akademik Komitənin 18-ci iclası baş tutub.

"Azərbaycan müəllimi" xəbər verir ki, iclas universitetin akademik fəaliyyət nəticələrinin qiymətləndirilməsi, mövcud çağırışların müzakirəsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

Akademik Komitənin iclası UFAZ-ın əməliyyat meneceri Yanik Hoaro (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru Nigar Adilovanın həmsədrliyi ilə baş tutub. İclasda ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, UFAZ koordinatoru, professor Jan-Mark Planeks, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov, UFAZ-ın baş katibi Martin Qodon, Tədris Şöbəsinin müdiri Səmra Şiriyeva, UFAZ-ın tədqiqatçı müəllimi, dosent Dünya Babanlı, eləcə də digər üzvlər iştirak ediblər.

İclas zamanı 2025-2026-cı tədris ilinin nəticələri təqdim olunub. Yaz semestri və ümumi akademik göstəricilər, tələbə həyatı, tələbələrin beynəlxalq və yerli ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri ilə bağlı uğurları, 2026-2027-ci tədris ili üzrə qəbul prosesi, eləcə də tədris heyətinin nailiyyətləri nəzərdən keçirilib.

Gündəlikdə yer alan akademik məsələlər çərçivəsində tədris prosesinin daha da təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tələbələr üçün yeni akademik imkanların yaradılması və universitetin tədris infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Komitə üzvləri universitetin insan resurslarının inkişafı, akademik potensialın gücləndirilməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən təşəbbüsləri müzakirə ediblər.

İclasın əsas müzakirə mövzularından biri UFAZ-ın uzunmüddətli inkişaf perspektivləri olub. Bu çərçivədə universitetin elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ təşəbbüslərin təşviqi, yeni əməkdaşlıq imkanlarının yaradılması və ali təhsilin müxtəlif pillələrini əhatə edən akademik mühitin daha da inkişaf etdirilməsi istiqamətində baxış və hədəflər təqdim edilib.

Çıxışçılar UFAZ-ın beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsinin, akademik keyfiyyət standartlarının qorunmasının və tədqiqat yönümlü universitet modelinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

İclasın yekununda gündəlikdə yer alan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib və növbəti dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.