UNEC-də “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimatı keçirilib

2 Dekabr, 2025 - 19:33

UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitet əməkdaşları tərəfindən hazırlanan “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimat mərasimi baş tutub.  

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev açaraq qonaqları salamlayıb. O bildirib ki, UNEC-də kitab təqdimatlarının mütəmadikeçirilməsi yüksək elmi mühitin formalaşmasına xidmət edir və bu təqdimat cari il üzrə həyata keçirilən ümumilikdə 17-ci nəşr, Karyera planlaşdırılması və inkişafı kafedrasının isə ikinci dərsliyidir. 

Prorektor bu təşəbbüsü yüksək qiymətləndirib və yeni dərsliyin Azərbaycan dilində ədəbiyyat bazasında mühüm resurslardan biri olduğunu, tələbə və tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayacağını vurğulayıb.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov isə çıxışında dərsliyin strukturunu yüksək qiymətləndirərək, nəşrin müvafiq sahələr üzrə təhsil alan tələbələr üçün əsas istinad kitabına çevriləcəyini bildirib. Onun sözlərinə görə, kitab müasir informasiya mühiti, kommunikasiya yanaşmaları və ictimai münasibətlər kontekstində praktik yönümlü biliklər təqdim edir.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə kitabı sahə üzrə peşəkar yanaşmanın formalaşdırılması baxımından dəyərli nəşr adlandırıb. O qeyd edib ki, ictimaiyyətlə əlaqələr sahəsinin inkişaf etdiyi bir dövrdə belə elmi-tədris vəsaitlərinin hazırlanması tələbələrə nəzəri biliklə yanaşı, real kommunikasiya bacarığı qazandırmaq baxımından çox önəmlidir.

Dərslik müəllifləri “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri, dosent Rəşad Məhərrəmov, “Biznes və logistika” kafedrasının baş müəllimi, i.f.d. Simuzər Məmmədova nəşrin hazırlanması ideyasından və məqsədindən danışıblar. Bildirilib ki, dərslik müasir kommunikasiya yanaşmalarına əsaslanır və ictimaiyyətlə əlaqələr sahəsində tələbələrin analitik düşüncə, informasiya idarəetməsi, media ilə münasibət və böhran kommunikasiyası bacarığını inkişaf etdirməyi hədəfləyir.

Sözügedən kafedranın müəllimi Gülnarə Hüseynova çıxışında vurğulayıb ki, dərslik tələbələrə press-reliz yazmaqdan media ilə əməkdaşlıq strategiyalarına qədər geniş çərçivədə praktiki bilik verir. Bu, onları real peşə mühitinə hazırlayan zəngin bir vəsaitdir.

Tədbirin sonunda müəlliflər kitabın nəşrinə dəstək göstərən UNEC rəhbərliyinə təşəkkür ediblər, iştirakçılara imzalı kitablar təqdim olunub.