UNEC məzun platformasını istifadəyə verib

24 İyun, 2026 - 10:47
UNEC məzun platformasını istifadəyə verib

UNEC məzun platforması istifadəyə verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, platformanın məqsədi ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan UNEC məzunlarını vahid informasiya və əməkdaşlıq məkanında bir araya gətirmək, məzunlar arasında əlaqələri gücləndirmək, peşəkar şəbəkələşməni təşviq etmək və onların universitetin inkişafına töhfələrini artırmaqdır.

Bu platforma məzunlarımızın bir-biri ilə əlaqələrini möhkəmləndirməsi, yeni əməkdaşlıq imkanları yaratması və UNEC ailəsinin bir parçası olaraq universitetimizin gələcəyinə dəstək verməsi üçün yeni imkanlar yaradır.

Qeydiyyat: https://alumni.unec.edu.az/auth/register