Universitetlərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Bildirilib ki, ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq.
Qeyd edilib ki, 4 nömrəli "Abituriyent" jurnalı və "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar yaxın günlərdə nəşr olunacaq.




