Uşaqların peşələrlə ilk tanışlığı

24 Fevral, 2025 - 18:27
Uşaqların peşələrlə ilk tanışlığı
Uşaqların peşələrlə ilk tanışlığı
Uşaqların peşələrlə ilk tanışlığı
Uşaqların peşələrlə ilk tanışlığı
Uşaqların peşələrlə ilk tanışlığı

Bu gün Ordubad rayon Aşağı Əylis kənd İcma Mərkəzində "Montessori icma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində balaca fidanlar peşələrlə tanış olublar. 

“Azərbaycan müəllimi” xəbər verir ki, məşğələdə hər bir uşaq öz gələcək arzusunu canlandırıb. Layihə rəhbəri və tərbiyəçi-müəllim İnci Hüseynova uşaqlara peşələrin cəmiyyətin inkişafında və təhlükəsizliyində mühüm rol oynamasından, bəzi peşələrin yüksək məsuliyyət və fədakarlıq tələb etməsini xüsusi olaraq izah edib.

Xatırladaq ki, layihə Türkan Hüseynova tərəfindən icra olunur. Layihənin əsas məqsədi uşaqlarda ünsiyyət və sosial bacarıqların inkişaf etdirilməsidir.