Uşaqların zərərli informasiyalardan qorunması mexanizmləri təkmilləşdirilir – Bahar Muradova
                                Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanuna dəyişiklik edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən brifinqdə səsləndirib.
Komitə sədri bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması istiqamətində effektiv mexanizmlərin formalaşdırılması üçün aparılan təkmilləşdirmə işləri davam edir. Onun sözlərinə görə, bu baxımdan 2018-ci ildə qəbul olunan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna ciddi dəyişikliklərin edilməsi zərurəti var idi.
Bahar Muradova qeyd edib ki, dəyişikliklərlə qanunun icrasını həyata keçirəcək dövlət orqanlarında müvafiq vəzifələr müəyyənləşdirilib və dövlət nəzarəti mexanizmi yaradılıb.
O əlavə edib ki, uşaqların ola biləcəyi yerlərdə, televiziya və radio məkanında yayımlanan informasiya məhsullarının zərərli məzmundan qorunması məqsədilə müvafiq tələblər müəyyən edilib.
Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Ekspert Şurası formalaşdırılıb.
Qanuna əsasən, informasiya məhsullarının yaş təsnifatı da müəyyənləşdirilib — 6-, 6+, 12+, 16+ və 18+ kateqoriyaları üzrə.                        


                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
