Vəfa Yaqublu: "Son zəng"də intizam qaydalarına əməl edilməlidir
"Şagirdlər "Son zəng"də də özlərini şagird kimi aparmalı və intizam qaydalarına əməl etməlidirlər".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Real TV-nin "Orta gün" verilişində söyləyib.
Onun sözlərinə görə, son 10 ildə "Son zəng" tədbirinin təntənədən çox təmtərağa çevrilməsi tendensiyası yaranmışdı:
"Ola bilər ki, burada biznes strukturlarının da marağı olub. Heyif ki, məktəblər bu çağırışın arxasınca getdi. Yaxşı hal budur ki, 2 il əvvəl valideynlərin israrlı tələbi ilə "Son zəng" tədbirinin şoudan kənarlaşması, sadəcə məktəb təntənəsi kimi qeyd olunması qərara alındı. Artıq ikinci ildir ki, həm valideynlərin məmnuniyyəti hiss edilir, həm də tədbirlər təhlükəsiz keçirilir”.




