Vistula Universitetinin rektoru: Burada gördüyüm elmi mühiti universitetimlə bölüşəcəyəm
Polşanın Vistula Universitetinin rektoru professor Kanarski ilk dəfə Azərbaycanda – Mingəçevirdə olduğunu qeyd edərək səfərin onda dərin təəssürat yaratdığını bildirib.
“Mingəçevirə gəlmək mənim üçün həm məsuliyyət, həm də həyəcanlı bir hiss oldu. Burada professorlar, tədqiqatçılar və gülərüz tələbələrlə bir arada olmaq xüsusi zövq verir. Gördüyüm elmi mühit, təşkilatçılıq, davamlı inkişaf strategiyasına yanaşma məni çox təsirləndirdi”, – deyə professor “Azərbaycan müəllimi”nə açıqlamasında qeyd edib.
Vistula Universitetinin rektoru Mingəçevirdə qazandığı təcrübələri, müşahidə etdiyi innovativ yanaşmaları öz universitetinin müəllim və tələbə heyəti ilə bölüşəcəyini vurğulayıb:
“Azərbaycanda elmə və təhsilə göstərilən dövlət qayğısı bizi heyrətləndirdi. İnanıram ki, qarşıdakı illərdə əməkdaşlığı daha da genişləndirəcəyik”.



