Vyetnam şirkətinin nümayəndə heyəti ADNSU-da əməkdaşlıq imkanlarını müzakirə edib

4 Fevral, 2026 - 16:33
Vyetnam şirkətinin nümayəndə heyəti ADNSU-da əməkdaşlıq imkanlarını müzakirə edib

Fevralın 4-də “PetroVietnam”ın Moskvadakı nümayəndəliyinin rəhbəri Nguyen The Dungun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-da səfərdə olan qonaqlar universitetin rəhbərliyi ilə görüşüblər.

Görüşdə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova iştirak edib.

Tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Vyetnam ali təhsil müəssisələri, həmçinin “PetroVietnam” şirkəti ilə əməkdaşlığın yeni perspektiv imkanları nəzərdən keçirilib. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi kimi imkanları müsbət qiymətləndiriblər.

Nümayəndə heyəti səfər çərçivəsində ADNSU-da Tarix Muzeyi, Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin Memorial otağı, Kibertəhlükəsizlik laboratoriyası və UFAZ laboratoriyaları ilə tanış olub, universitetin tədqiqat infrastrukturu və innovasiya imkanlarını yaxından öyrəniblər.