Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

13 Avqust, 2025 - 16:46
Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!
Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı nəticəsində artıq xaricdə təhsil çərçivəsində Hökumətlərarası Təqaüd Proqramı və Dövlət Proqramları üzrə təhsil alanlar öz məzun məlumatlarını birbaşa “myGov” platformasından əldə edə bilərlər. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu məlumatları sənəd formasında yükləmək və aidiyyəti üzrə təqdim etmək mümkündür.