Xaricdə təhsil alanların diplomlarının tanınması üçün müraciətlərin qəbulu müvəqqəti dayandırılır

9 Dekabr, 2025 - 19:39
Xaricdə təhsil alanların diplomlarının tanınması üçün müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üçün ərizələrin qəbulunu müvəqqəti dayandıracaq.

Agentlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə TKTA tərəfindən həyata keçirilir:

“Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.

Qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.

Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur”.