Xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edənlərin NƏZƏRİNƏ!

6 May, 2026 - 14:00
Xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edənlərin

“2022-2028 illər üçün Dövlət Proqramı”na sənəd qəbulu, habelə sənədlərdə tələb olunan düzəlişlərlə bağlı bildirişlərin göndərilməsi prosesi tam elektronlaşdırılmışdır və yalnız portal.edu.az platforması üzərindən həyata keçirilir.

Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Dövlət Proqramı İdarəetmə Qrupunun yerləşdiyi ünvanda sənəd qəbulu üzrə əyani vətəndaş qəbulu həyata keçirilmir.

Sənədlərin yoxlanılması, düzəlişlər və əlavə suallarınızla bağlı yalnız dp22-28@edu.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlamağınız xahiş olunur.

Müraciətləriniz ən qısa zamanda elektron qaydada cavablandırılacaqdır.