Xarici dil imtahanları CEFR standartlarına uyğunlaşdırılır
“Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modeli haqda daha əvvəl ictimaiyyətə məlumat verilib. Yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, qiymətləndirmə alətləri CEFR standartlarına uyğunlaşdırılıb: “Yeni imtahan modeli müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq”.
M.Abbaszadə əlavə edib ki, dəyişikliklərin ictimaiyyətin daha geniş kütlələrinə çatdırılması məqsədilə regionlarda da analoji tədbirlərin təşkili nəzərdə tutulur.



