Yaradıcı müəllimlər üçün müsabiqənin final mərhələsi keçirilir
“Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” mövzusunda təqdimat müsabiqəsinin şəhər (final) mərhələsi keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqənin şəhər mərhələsində müəllimlər seçdikləri mövzunu münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.                        
                        
                        
                        
                        
                        
                        
                        
                        

                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
