Yaşıl kartların çoxluğu məktəbdə pozitiv dəyişikliklərin baş verdiyini təsdiqləyir – Eşqi Bağırov
“Şagirdlərə verilən virtual yaşıl kartların çoxluğu məktəblərdə müsbət davranışların üstün hal aldığını göstərir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələri özünün “Ümumi təhsil müəssisələrində təhsilalanların intizam Qaydaları” sənədini hazırlayıb. Qaydalara əsasən, şagirdlərə verilən yaşıl, sarı və qırmızın kartların statistik müqayisəsi aparılıb. Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində pozitiv dəyişikliklərin baş verdiyini təsdiqləyir:
“Belə ki, cari ilin yanvar və fevral aylarında təqdim olunan hesabatlara əsasən, ölkə üzrə ümumtəhsil məktəblərində verilən sarı kartların sayı 29 161, qırmızı kartların sayı 5831, yaşıl kartların sayı isə 46 383 olub”.



