Yeni reytinq - əsas nəticələr
Böyük Britaniyanın "Times Higher Education" nəşri dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin qlobal sıralamasını (2025 Times Higher Education World University Rankings) dərc edib.
“Azərbaycan müəllimi” reytinqin əsas nəticələrini təqdim edir:
- Reytinqdə 115 ölkə və regiondan 2000-dən çox universitet yer alıb;
- Reytinqlər tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, beynəlxalq dünyagörüşü və sənaye daxil olmaqla beş kateqoriya üzrə 18 performans göstəricisi əsasında tərtib edilib;
- 2025-ci il reytinqi dəyişən qlobal mənzərəni nümayiş etirir, bir çox Avropa universiteti reytinqdə geriləyib, Asiya universitetləri isə qlobal mövqelərini yaxşılaşdırmağa davam edir;
- Oksford 9-cu ildir ki, ardıcıl doqquzuncu ildir ki, dünyanın ən yüksək reytinqli universiteti kimi öz mövqeyini qoruyub saxlayır;
- ABŞ Böyük Britaniya qlobal reytinqdə ən yüksək yerləri tutan ölkələrdir;
- Reytinqin ilk 10-luğu ABŞ və Böyük Britaniya universitetlərindən təşkil olunub;
- Massaçusets Texnologiya İnstitutu (MIT) 2-ci yerə yüksəlib. Daha sonra Harvard və Prinston universitetləri gəlir;
- Kembric Universiteti əvvəlki illə müqayisədə dəyişməyərək beşinci yerdə qalıb, Stenford Universiteti isə ikinci yerdən altıncı yerə düşüb;
- Ardıcıl ikinci ildir ki, Asiya THE reytinqində ən çox təmsil olunan qitə olub;
- Çin qlobal tədqiqat təsirini daha da artıraraq ilk 10-luğa yaxınlaşır;
- Bəzi Avropa universitetləri davamlı enişlə üzləşmiş, Asiyada, xüsusən də Çin, Yaponiya və Cənubi Koreya universitetləri tərəqqi əldə ediblər;
- Cədvəldə ən sürətlə irəliləyən universitetlər Asiyanın payına düşür;
- Fransa, Hollandiya və İsveçrə kimi ölkələrdən olan universitetlərin reytinqdə geriləməsi müşahidə edilir. Məsələn, Hollandiyanın 12 reytinqli universitetindən səkkizi geriləyib, Delft Texnologiya Universiteti isə qlobal miqyasda 56-cı mövqeyə düşüb;
- Fransanın 50 universitetindən 19-u reytində geriləyib, 10-u isə ən pis nəticə göstərib;
- Münhen Texniki Universitetinin 26-cı yerə yüksəlməsi Almaniya universitetləri üçün reytinqdə ən yüksək mövqedir;
- Üç yeni ölkə - Braziliya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ali təhsildə inkişaf etməkdə olan bazarların yüksəlişini vurğulayaraq, ilk 200-lüyə qoşulur.
Qeyd edək ki, builki reytinqdə ilk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi - Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə təmsil olunur.


