"Yenilənən məktəblər": Bərdə rayonu Alpoud kənd tam orta məktəbi – FOTOLAR

22 Yanvar, 2025 - 12:29
"Yenilənən məktəblər": Bərdə rayonu Alpoud kənd tam orta məktəbi – FOTOLAR
"Yenilənən məktəblər": Bərdə rayonu Alpoud kənd tam orta məktəbi – FOTOLAR

Ötən il tikintisi başa çatdırıldıqdan sonra istifadəyə verilmiş məktəblərdən biri Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbidir.

"Azərbaycan müəllimi" "Yenilənən məktəblər" rubrikası çərçivəsində bu dəfə sözügedən məktəb haqqında məlumatı təqdim edir.

Alpoud kənd tam orta məktəbinin yeni binasının inşasına 2023-cü ilin oktyabrında start verilib və 2024-cü ilin sentyabrında tikinti işləri başa çatdırılıb.

Məktəb 264 şagird yerlikdir. Burada 11 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 2 laboratoriya, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq kabineti, kitabxana, akt zalı, yeməkxana, idman zalı var.