"Yenilənən məktəblər": Masallı rayonu Qəzvinoba kənd ümumi orta məktəbi – FOTOLAR
Ötən il yenilənən məktəblərdən biri də Masallı rayonu Qəzvinoba kənd ümumi orta məktəbidir.
“Azərbaycan müəllimi” "Yenilənən məktəblər" rubrikası çərçivəsində bu dəfə həmin məktəb haqqında məlumatları təqdim edir.
Təhsil ocağı 180 şagird yerlikdir. Tikinti işlərinə 2023-cü ilin mart ayında başlanılıb, 2024-cü ilin sentyabr ayında isə işlər başa çatdırılıb.
Məktəb 5592 kv. metr ərazidə yerləşir. Ümumi tikinti sahəsi isə 1550 kv. metrdir.
Təhsil müəssisəsində 14 sinif otağı, 1 məktəbəqədər hazırlıq sinfi, 2 laboratoriya, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq kabineti və 1 kitabxana-oxu zalı mövcuddur.
Məktəbdə həmçinin 132,06 kv.metr sahəsi olan akt zalı, 79,69 kv.metr sahəsi olan yeməkxana və ümumi sahəsi 288 kv.metr olan idman zalı fəaliyyət göstərir.



