“Yüksəliş”ə daha çox kimlər müraciət edir?

17 Aprel, 2026 - 12:27
“Yüksəliş”ə daha çox kimlər müraciət edir?

““Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçən namizədlərin 13 101-i kişi, 4 550-si qadındır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, müraciət edənlərin 10 120 nəfəri ötən illərdə də müsabiqədə iştirak edib: “7 531 nəfər isə ilk dəfə müraciət edən şəxsdir. Ərazi bölgüsünə əsasən, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir.

İştirakçıların yaş bölgüsünə nəzər saldıqda, müsabiqə üzrə müəyyən edilmiş 21–51 yaş meyarı çərçivəsində 21–30 yaş aralığında 6 248 nəfər, 31–40 yaş aralığında 8 974 nəfər, 41–51 yaş aralığında isə 2 429 nəfərin iştirak etdiyi müşahidə olunur”.