“Yüksəliş”in 70 minə yaxın iştirakçısı olub 

6 Mart, 2026 - 12:30
“Yüksəliş”in 70 minə yaxın iştirakçısı olub 

“Bu günə qədər keçirilən “Yüksəliş” müsabiqəsinin 5 mövsümündə ümumilikdə 69 min 963 nəfər iştirak edib. Onlardan 116 nəfər qalib adını qazanıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin start verilməsi və müsabiqə barədə baş verən yeniliklər ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, müsabiqə iştirakçılarının 30,45 faizi qadın, 69,55 faizi kişi olub: “Birinci “Yüksəliş” müsabiqəsində 11 min 760 nəfər qeydiyyatdan keçib və yekunda 27 qalib müəyyənləşdirilib. İkinci müsabiqədə 12 min 299 nəfər iştirak edib, 22 nəfər qalib adını qazanıb. Üçüncü mövsümdə 13 min 474 namizəd qeydiyyatdan keçib və 22 nəfər qalib seçilib. Dördüncü “Yüksəliş” müsabiqəsində 15 min 877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlayıb, 25 nəfər qalib olub. Beşinci mövsümdə isə 16 min 553 nəfər qeydiyyatdan keçib və 20 nəfər müsabiqənin qalibi elan edilib”.