129 badmintonçu olimpiada çempionluğu uğrunda yarışır
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu gün 1 nömrəli idman liseyinin nəzdindəki badminton zalında badminton üzrə yarışlara start verilib. 7 idman məktəbindən ümumilikdə 129 badmintonçunun qatıldığı yarış 4 gün davam edəcək. 68 oğlan və 61 qız iştirakçı şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında qalibi müəyyənləşdirəcək.
Məktəblilərin Respublika İdman Olimpiadasında badminton yarışının 5 kateqoriya üzrə finalları iyunun 24-də keçiriləcək.




