20 mindən çox 3-4 yaşlı uşaq icma əsaslı məktəbəqədər təhsilə cəlb olunub

28 Dekabr, 2024 - 10:07
20 mindən çox 3-4 yaşlı uşaq icma əsaslı məktəbəqədər təhsilə cəlb olunub
20 mindən çox 3-4 yaşlı uşaq icma əsaslı məktəbəqədər təhsilə cəlb olunub

“Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramına 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb.

Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöl və Naxçıvanda icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.

Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” elan edilib. Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən 25-i qrant qazanıb.

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 890 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 19133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub.