Müəllim və tələbələri yeni bədii interpretasiyada "Azərbaycan" ifa etdilər - VİDEO

20 Yanvar, 2026 - 20:31
Müəllim və tələbələri yeni bədii interpretasiyada "Azərbaycan" ifa etdilər

Azərbaycan Milli Konservatoriyasının müəllimi və tələbələrinin iştirakı ilə müstəqil Azərbaycanın tarixi yaddaşını və müasir reallıqlarını özündə əks etdirən musiqi nümunəsi hazırlanıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyevanın rəhbərliyi altında və onun tələbələri Aytac Bəybalayeva, Kənan Novruzov, Duyğu Rüstəmova, Aydan Salahova və Xəyyam Qasımzadənin iştirakı ilə musiqisi Aygün Səmədzadəyə, sözləri Kəmalə Abıyevaya məxsus “Azərbaycan” adlı əsər yeni bədii interpretasiyada təqdim edilib. 

Videoçarx Şəhidlər Xiyabanında, eləcə də Azərbaycanın bir sıra rəmzi və tarixi məkanlarında çəkilərək, vətənpərvərlik ideyalarının musiqi və vizual ifadəsinə xidmət edib.