2024-cü ilin iqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlandı

14 Oktyabr, 2024 - 14:02

Oktyabrın 14-də İsveç Kral Elmlər Akademiyası Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində “Sveriges Riksbank” adına mükafatın verilməsi haqqında qərar qəbul edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, 2024-cü il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına Daron Acemoğlu (Massaçusets Texnologiya İnstitutu), Simon Conson (Çikaqo Universiteti ) və James Robinsona (Massaçusets Texnologiya İnstitutu) “təssislərin necə formalaşdığını və rifaha necə təsir etdiyini araşdırmaq üçün” verilir.

Mükafatçılar uzunmüddətli perspektivdə ölkələrin iqtisadi rifahına nəyin təsir etdiyi barədə innovativ tədqiqatlara töhfə vermişlər. Onların institutların rifaha necə təsir etməsi ilə bağlı fikirləri göstərir ki, demokratiya və inklüziv institutların dəstəklənməsi üzrə iş iqtisadi inkişafın təşviqində irəliyə doğru mühüm yoldur.

Daron Acemoğlu 3 sentyabr 1967-ci ildə İstanbulda anadan olub.

İqtisadiyyat üzrə Nobel mükafatı bu il veriləcək sonuncu Nobeldir və 11 milyon İsveç kronu (1,8 milyon AZN) dəyərindədir.