2030-cu ilədək turizm üzrə təhsil proqramlarının 30 faizi yenilənəcək
Turizm sahəsinə aid ixtisaslar üzrə təhsil proqramları beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında öz əksini tapıb.
Proqrama əsasən, müvafiq sahədə beynəlxalq təcrübənin və əmək bazarının tələbləri öyrəniləcək.
2026-2030-cu illərdə mövcud təhsil proqramlarının 30 faizinin beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılması, təsdiq və tətbiq edilməsi nəzərdə tutulur.




