25 mindən çox müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərib
25 508 müəllim sertifikatlaşdırma imtahanında yüksək nəticə (51 bal və yuxarı) göstərib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə məlumat verib.
Nazir bildirib ki, qənaətbəxş nəticə göstərən (30-50 bal) müəllimlərin sayı 52 194 nəfər təşkil edib.
9334 nəfər müəllim isə uğursuz nəticə göstərib.




