40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 İyul, 2025 - 11:59
40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib
40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

Son 6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çox bağça direktoruna isə töhmət verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə məlumat verib.

Nazir qeyd edib ki, bağçalarda mütəmadi yoxlamalar aparılır.

“Bakıda 20 mindən çox valideyn bağçada yer gözləyir, yer isə yoxdur. Burada tələb təklifi üstələyir. Bəzi şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Mütəmadi yoxlamalar nəticəsində 6 ayda 40 bağça direktorunu işdən çıxarmışıq, 100-dən çoxuna isə töhmət vermişik”, – deyə nazir bildirib.