4SİM süni intellekt sahəsində beynəlxalq proqrama qeydiyyat elan edir

10 Aprel, 2025 - 11:04
4SİM süni intellekt sahəsində beynəlxalq proqrama qeydiyyat elan edir

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu və "Accenture" şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən MINDS proqramında iştirak üçün qeydiyyat elan edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, MINDS (Meaningful, Intelligent, Novel, Deployable Solutions) təşəbbüsü süni intellekt vasitəsilə sənaye və cəmiyyətlərə real təsir göstərən innovativ həllərin tanınması və beynəlxalq platformalarda təqdim olunması üçün unikal fürsətdir.

Proqramın əsas üstünlükləri: 
– Uğurlu Sİ tətbiqlərinin Davos Forumu kimi nüfuzlu tədbirlərdə tanıdılması
– Qlobal səviyyədə tanınma və yeni tərəfdaşlıqlar qurmaq imkanı
– Sənaye liderləri ilə bilik və təcrübə mübadiləsi
– Ən yaxşı təcrübələrin paylaşılması və yeni əməkdaşlıq imkanları 

Kimlər iştirak edə bilərlər?
– Özəl sektor nümayəndələri
– Dövlət qurumları
– Startaplar və innovasiya ekosistemi üzvləri
– Ali təhsil müəssisələri və tədqiqat institutları

Müraciət üçün son tarix: 18 Aprel 2025
Müraciət linki – https://initiatives.weforum.org/ai-governance-alliance/the-frontier-minds 

Ətraflı məlumat (https://t.ly/6SxKZ) və dəstək üçün əlaqə saxlaya bilərsiniz: 
pmo@4sim.gov.az
+994 70 622 53 63 

4SİM süni intellekt sahəsində beynəlxalq proqrama qeydiyyat elan edir
4SİM süni intellekt sahəsində beynəlxalq proqrama qeydiyyat elan edir