4SİM tələbə və məzunlar üçün təcrübə proqramı ELAN EDİB

12 Yanvar, 2026 - 17:02
4SİM tələbə və məzunlar üçün təcrübə proqramı

4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq qış təcrübə proqramı elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olmuş gənclər proqramda iştirak üçün müraciət edə bilərlər:

• Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL
• UX/UI dizayn – Figma
• İT layihə koordinatorluğu
• Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git
• Backend tərtibatı – Java, Spring Boot, PostgreSQL, Docker, Redis, Postman, Git, mikroservislər
• Data analitikası – Python, Tableau
• Data mühəndisliyi – Tableau, data təmizlənməsi, maşın öyrənməsi
• Süni intellekt – Python, API inteqrasiyaları (REST, WebSocket anlayışı), Speech-to-Text, Text-to-Speech, dataset və etiketləmə intizamı
• Robototexnika – Python, Linux, Git, koordinatlar, sensor/aktuator məntiqi, PID konsepti, ROS (Node, Topic, Service/Action anlayışları)
• SMM – Photoshop, Canva
• Layihələrin hesabatlılığı 
• Kontent yaradıcılığı və rəqəmsal marketinq 
• Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları

Qeyd:Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Təcrübə hibrid formada həyata keçiriləcəkdir.

Yalnız seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcək.
Müraciət üçün: https://forms.gle/JiKiYPY8RN2F5mQf8 
Son müraciət tarixi: 23 yanvar 2026-cı il.

4SİM tələbə və məzunlar üçün təcrübə proqramı
4SİM tələbə və məzunlar üçün təcrübə proqramı