5845 nəfərdən kimlər seçiləcək? – Müəllimlərin işə qəbulunda son mərhələ

28 Avqust, 2026 - 12:30
5845 nəfərdən kimlər seçiləcək? – Müəllimlərin işə qəbulunda son mərhələ

“2026-2027-ci tədris ili üzrə “Peşə təmayüllü siniflər” layihəsində 151-i ixtisas müəllimi, 56-sı isə qrup rəhbəri vəzifəsi üzrə olmaqla 207 vakant yer üzrə işə qəbul prosesinin bir necə gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Hazırda  ixtisas müəllimləri üzrə müsahibələr davam edir və mərhələli şəkildə onlayn formatda təşkil olunur”. 

“Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov “Azərbaycan müəllimi”nə açıqlamasında belə deyib. Onun sözlərinə görə, müsahibələr zamanı namizədlərin iş təcrübəsi, peşə bilikləri, ünsiyyət və özünüifadə bacarığı, İKT bilikləri, situasiya suallarına yanaşması və vakansiyaya ümumi uyğunluğu qiymətləndirilir. İxtisas müəllimləri üzrə isə nəzəri və praktiki biliklər, iş təcrübəsi və pedaqoji yanaşma əsas meyarlar sırasındadır.

Prosesin yekunda hər vakant yer üzrə daha uyğun namizəd müəyyən edilərək əməkdaşlığa cəlb olunacaq.

İşə qəbul prosesi üç mərhələdə – qeydiyyat, imtahan və müsahibə formasında təşkil olunub: “Ümumilikdə 5 845 namizəd müraciət edib, onların arasından tələblərə uyğun olan 2 617 nəfər imtahan mərhələsinə dəvət olunub. İmtahan avqustun 12-də elektron qaydada keçirilib. İmtahan nəticələrinə əsasən, hər vakant yer üzrə ən yüksək nəticə göstərən ilk üç namizəd müsahibəyə dəvət olunur”.

Arif Pənahovun sözlərinə görə, qrup rəhbəri vəzifəsi üzrə müsahibə mərhələsi əsasən yekunlaşsa da, bəzi məktəblər üzrə uyğun namizəd müəyyən edilmədiyindən həmin vakant yerlərlə bağlı seçim prosesi davam edir.