500-dən çox şagird “Sabahın alimləri”nin qalibi olub

9 Dekabr, 2024 - 15:17

Ötən müddət ərzində 500-dən çox şagird “Sabahın alimləri”respublika müsabiqəsində I, II, III yerlərə layiq görülüb. 

Bunu “Azərbaycan müəllimi”nə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib:

Onun sözlrinə görə, “Sabahın alimləri”nə maraq olduqca böyükdür: "İldən-ilə burada iştirak etmək istəyənlərin sayı artmaqda, əhatə dairəsi genişlənməkdədir. Çox yaxşı haldır ki, bizim şagirdlərimizin təqdim etdikləri layihələr, apardıqları tədqiqat işləri ildən-ilə daha da təkmilləşir, keyfiyyətli olur”.