6 nəfərin imtahan nəticəsi ləğv edilib -DİM
İlkin məlumatlara əsasən, bu gün
keçirilən qəbul imtahanında 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
Qeyd edək ki, bu gün I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib. İmtahanda 34229 abituriyentin iştirakı nəzərdə tutulurdu.



