602 balla Azərbaycan İdman Akademiyasını seçdi – Yeni rekord
Son illər Azərbaycan İdman Akademiyasında (ASA) həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıqlar və yeni təhsil imkanları Akademiyanın nüfuzunu daha da artırır.
Akademiyadan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu inkişafın nəticəsi olaraq 2026/2027-ci tədris ili üzrə yüksək nəticə göstərən Məcid Məmmədəliyev 602,4 balla “Fizioterapiya” ixtisasına qəbul olunub.




