ADA məktəbinin şagirdi Beynəlxalq Riyaziyyat Yarışmasında qızıl medal qazanıb

25 Fevral, 2025 - 10:57
ADA məktəbinin şagirdi Beynəlxalq Riyaziyyat Yarışmasında qızıl medal qazanıb
ADA məktəbinin şagirdi Beynəlxalq Riyaziyyat Yarışmasında qızıl medal qazanıb

ADA məktəbinin şagirdi Cüneyd Qənbərov Beynəlxalq Riyaziyyat Yarışmasının (“International Math Challenge – IMC”) Qlobal Mərhələsində qızıl medal qazanıb.

ADA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, final mərhələsi Tailandın "Chulalongkorn" Universitetində keçirilib. Gənc riyaziyyatçı öz kateqoriyasında dünyanın 71 ən güclü iştirakçısı arasında 7-ci yerə layiq görülüb.  

Qeyd edilib ki, builki yarışmada 140 ölkədən on mindən çox şagird iştirak edib. Onlardan yalnız ən yüksək nəticə göstərən 45 faiz iştirakçı finala vəsiqə qazanıb.