ADA-nın tələbəsi dünyanın ən yaxşı 2-ci univesitetinə qəbul olub

1 Aprel, 2026 - 10:09
ADA-nın tələbəsi dünyanın ən yaxşı 2-ci univesitetinə qəbul olub

ADA Universitetinin tələbəsi Nübar Cəbrayıl dünyanın ən yaxşı 2-ci univesiteti olan London İmperial Kollecinə qəbul olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, N.Cəbrayıl "Ətraf mühit iqtisadiyyatı və siyasəti" ixtisası üzrə qəbul alıb, ADA Universitetini fərqlənmə diplomu ilə bitirir. Həmçinin Xarici İşlər Nazirliyi daxil olmaqla bir neçə qurumda yüksək səviyyəli təcrübə keçib və ADA Universitetində çalışıb. 

O, Fransada siyasi elmlər üzrə təhsil alıb və tədqiqatı 2025-ci ildə İngiltərənin "University College London" (UCL) universitetində keçirilən məşhur konfransda (XI ICCEES World Congress) təqdim olunub. 

Nübar 5 dil bilir, məqsədi gələcəkdə Azərbaycanın ətraf mühit iqtisadiyyatı üzrə tədqiqat aparmaqdır.