ADAU-da keçirilən beynəlxalq hakatonun qalibləri məlum olub
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi və “NASA Space Apps Challenge”ın birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq hakaton başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, hakatonda 10 ali təhsil müəssisəsi və peşə məktəbini təmsil edən 150-dən çox iştirakçı olmaqla, ümumilikdə, 40 komanda iştirak edib. 48 saat davam edən yarışda komandalar kosmik texnologiyalar, Yerin müşahidəsi və dayanıqlı inkişaf istiqamətlərində innovativ həllər hazırlayıblar.
Yekun nəticələrə əsasən, “Code44” komandası I yerə (1000 AZN), “SpaceAz” komandası II yerə (500 AZN), “STC” komandası isə III yerə (300 AZN) layiq görülüb. İlk iki yerin qaliblərinə NASA-da təcrübə keçmək imkanı yaradılacaq.




