Direktorların işə qəbulu müsabiqəsinin nəticələri AÇIQLANIB
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. Müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib.
“Uğur qazanmış namizədləri təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!” , - məlumatda qeyd olunub.




