Rus bölməsinə niyə dövlət vəsaiti ayrılır? - Deputat məsələni müzakirəyə çıxardı

16 Noyabr, 2026 - 17:02
Rus bölməsinə niyə dövlət vəsaiti ayrılır?

“Mən bir statistik araşdırma apardım, bəlli oldu ki, bu gün Azərbaycanda rus bölməsində 157 min şagird təhsil alır, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird oxuyur. Bir şagirdin dövlət büdcəsi üçünillik maliyyəsi 2000 manatdır. Azərbaycanda, görəsən, ingilis dilində dövlət hesabına təhsil verən orta məktəblər varmı? Demək olar ki, yoxdur. Çin dilində varmı? Yoxdur. Fransız dilində varmı? Yoxdur. Belə olan halda, görəsən, rus dilinin Azərbaycanda xüsusi imtiyazlı statusu nədən ibarətdir ki, 157 min şagird bu dildə təhsil alır və onun da xərclərini dövlət ödəyir?”

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri deputat Hikmət Məmmədov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat bildirib ki, rus bölməsində təhsil alan şagirdlərin sayı ümumi şagirdlərin 9,5 faizini təşkil edir: “Ali təhsil məsələsində də yenə dövlət sifarişi ilə, yəni xərclərini dövlətin çəkdiyi 2 195 tələbə var. Bu da ali təhsil tələbələrinin 7,85 faizini təşkil edir. Məncə, bu pullar ideoloji sağlamlığa xərclənsə, daha yaxşı nəticə əldə oluna bilər”.